- Köhnə - Siyasət
- 27 Mart 2018 19:35
- 3 912
Ərdoğan və Putin Suriya məsələsi ilə bağlı sammiti müzakirə etdi
Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, telefon söhbətinin gedişatında Rusiya prezidenti Vladimir Putin və türk lideri Rəcəb Tayip Ərdoğan Suriya məsələsi üzrə keçiriləcək sammitə liderlərin hazırlığını da müzakirə ediblər.
Zirvə toplantısının aprel ayının başlanğıcında Ankarada baş tutması gözlənilir.
Qeyd edək ki, Türkiyə prezidenti Kemerovoda faciəylə əlaqədar öz dərin başsağlını ifadə edib.