Rusiyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirildi

Rusiyanın Kemerovo şəhərində martın 25-də ticarət-əyləncə mərkəzində baş vermiş yanğın nəticəsində çoxlu sayda insanın ölümü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılıb.

Bu barədə APA-ya səfirlikdən məlumat verilib.

Martın 28-də saat 15:00-dan 18:00-a qədər, martın 29-da isə saat 10:00-dan 13:00-a və 15:00-dan 18:00-a qədər kitaba başsağlığı diləklərini qeyd etmək olar. Səfirlikdən onu da bildiriblər ki, matəmlə əlaqədar səfirliyin binasında Rusiyanın dövlət bayrağı yarıya qədər endirilib.