- Köhnə - Siyasət
- 31 Mart 2018 11:26
- 5 192
Zakir Həsənov Türkiyədə silah şirkətində olub
Türkiyəyə rəsmi səfəri çərçivəsində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov pilotsuz uçuş aparatları istehsal edən “Baykar Makina” şirkətində olub.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Z.Həsənov müəssisənin rəhbərliyi ilə görüşərək hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edib və şirkət tərəfindən istehsal olunan hərbi təyinatlı döyüş vasitələrinə baxış keçirib.
AzNews.az