“İnflyasiyanın anası və atası faizdir” - Ərdoğan

Həftə sonunu İstanbulda keçirən Rəcəb Tayyib Ərdoğan AK Partiya Pendik rayon konqresinə qatılıb.

AzNews.az Türkiyə KiV-lərinə istinadən xəbər verir ki, konqresdən əvvəl Ərdoğan çıxış edib. Prezident deyib:

""BVF-nə borcumuz nə qədər idi?" İndi bilmirsiniz, unutmusunuz. Borcumuz 23,5 milyard dollar idi və onu tamamilə ödədik. Artıq BVF-yə Türkiyənin borcu yoxdur. Mərkəzi Bankın valyuta ehtiyatları artıq 120 milyard dollardır. Bütün bunlar güclü iş əməyi, çalışağın nəticəsində oldu. Türkiyə böyümədə 7,4-lə G20 ölkələri arasında bir nömrə olub. G20-də ölkələri arasında ABŞ, Rusiya var. Bəzi insanlar çıxır və qəribə qəribə şeylər söyləyirlər. Diqqətli olacağıq, ancaq öz ayağımızı əzməyəcəyik. Türkiyəni faiz bəlasından xilas edəcəyik. Biz faiz dərəcələrini aşağı salacağıq və inflyasiyanı azaldacağıq. İnflyasiyanın anası və atası faizdir. Bunun əksini edənlər qarşılarında məni görəcəklər".