- Köhnə - Siyasət
- 1 Aprel 2018 13:55
- 3 580
Siyasi partiyaların illik maliyyə hesabatlarının təqdim etmə müddəti başa çatdı

Azərbaycanda siyasi partiyaların 2017-ci il üzrə maliyyə hesabatının Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilmə müddəti bu gün başa çatıb
AzNews.az xəbər verir ki, indiyədək MSK-ya illik maliyyə hesabatını 30-a yaxın siyasi partiya təqdim edib.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.