İsmayıl Alpər Coşqun: “Yuxarı Dağlıq Qarabağ məsələsində ikinci bir ölkə yoxdur ki, Türkiyə qədər Azərbaycanın yanında olsun” İsmayıl Alpər Coşqun: “Yuxarı Dağlıq Qarabağ məsələsində ikinci bir ölkə yoxdur ki, Türkiyə qədər Azərbaycanın yanında olsun”

Türkiyə səfiri: “Yanlış fikirlər yaratmaq lazım deyil”

İsmayıl Alpər Coşqun: “Yuxarı Dağlıq Qarabağ məsələsində ikinci bir ölkə yoxdur ki, Türkiyə qədər Azərbaycanın yanında olsun”



Bu gün Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun səfirliyin binasında Novruz bayramı münasibətilə ziyafət təşkil edib. Ziyafətdə bir sıra xarici ölkə diplomatları, dövlət rəsmiləri, Milli Məclis üzvləri də iştirak edib.

Əvvəlcə Azərbaycan xalqını bayram münasibəti ilə təbrik edən Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alpər Coşqun jurnalistlərin suallarını da cavablandırıb. Səfir son illərin olduqca aktual mövzusuna çevrilmiş Türkiyə-Ermənistan sərhədlərinin açılması sualını cavablandıran səfir mövqelərin dəyişmədiyini bildirib:

"Siz Türkiyənin mövqeyini çox gözəl bilirsiniz. Lakin davamlı suallar verdiyiniz üçün mən də davamlı açıqlamalar vermək məcburiyyətindəyəm. Türkiyənin Ermənistanla sərhədinin hansı dövrdən, hansı səbəbdən qapalı olduğunu siz də bilirsiniz. Cənab Baş Nazir, cənab Cümhuriyyət başqanı, cənab Məclis sədri, cənab Xarici İşlər Naziri və bütövlükdə dövlətin rəsmi təmsilçiləri başda olmaqla hamı bu məsələdə eyni mövqedən çıxış edir".

Türkiyə ilə Ermənistan arasında fəaliyyətə başlayan aviareys haqqında suala cavabında İsmayıl Alpər Coşqun deyib ki, bu sadəcə özəl bir şirkətin həyata keçirdiyi layihədir:

"Türkiyə Cümhuriyyəti belə bir fəaliyyətə hüquqi cəhətdən əngəl tanımır. Ona görə də özəl aviareysin həyata keçirilməsi mümkündür və buna hər hansı maneə də yoxdur. Bu mənada Türkiyənin rəsmi siyasəti ilə bağlı tərəddüdlü mövqe nümayişi haqsızlıq olar. Ona görə ki, Türkiyə həmişə Azərbaycanın yanında olub və xüsusən də Yuxarı Dağlıq Qarabağ məsələsində ikinci bir ölkə yoxdur ki, Türkiyə qədər Azərbaycanın yanında olsun. Eyni zamanda sərhədlərini bu şəkildə qapadan ikinci bir ölkə yoxdur. Türkiyə həmişə Azərbaycanın tərəfində olub və narahat olacaq ən adi bir hal belə yoxdur, Türkiyənin bu məsələdə mövqeyini nəzərə almaq lazımdır. Belə olan surətdə ictimaiyyətə yanlış məlumat verib onlarda yanlış fikirlər yaratmaq lazım deyil".

Gültəkin
AzNews.az