- Köhnə - Siyasət
- 15 Mart 2013 13:50
- 1 257
Elmar Məmmədyarov Litvadakı səfirimizə təlimat verdi

“Litva Seyminin atdığı addımı araşdırmaq üçün bu ölkədəki səfirimizə artıq təlimat verilib”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Litva Seymində separatçı "Dağlıq Qarabağ Respublikası" ilə parlamentlərarası əlaqələr üzrə qrupunun yaradılması məsələsinə münasibət bildirib.
APA-nın məlumatına görə, nazir bu məsələnin araşdırılması üçün Azərbaycanın Litvadakı səfirinə təlimat verildiyini deyib: "Artıq bizim Litvadakı səfirimizə bununla bağlı görüşlər keçirmək və məsələni araşdırmaq təlimatı verilib. Bu məsələ ilə bağlı məlumat alan kimi mətbuata əlavə açıqlama veriləcək".
AzNews.az