“Gəncləri meydanda görüb arxayınlaşmayın..." “Gəncləri meydanda görüb arxayınlaşmayın..."

Əli Kərimli yaşlı cəbhəçiləri tənqid etdi

“Gəncləri meydanda görüb arxayınlaşmayın..."



Hazırda AXCP Ali Məclisinin sessiyası keçirilir. "Qafqazinfo" xəbər verir ki, Müsavat Partiyasının qərargahında keçirilən iclasda AXCP sədri Əli Kərimli ölkədəki ictimai siyasi vəziyyətlə bağlı məruzə ilə çıxış edir.

O, regionlardakı etiraz aksiyalarının və gənclərin keçirdiyi mitinqləri müsbət tendensiya kimi qiymətləndirib: "Bakıda polisin aksiyalardakı zorakılığı tərbiyəsizlik və anti-humanizmin göstəricisidir. Sözümüz sözdür, xarici faktora ümidlənmirik və öz işimizi özümüz görəcəyik. Amma qərbdə də bizim mübarizəni qiymətləndirən, bizim sözümüzü daha böyük auditoriyalara çatdıran insanların da sayı artır və artmaqdadır. Necə ki, bizi satanlara nifrətimizi ifadə edirik, Azərbaycan xalqının haqq işinə dəstəyini ifadə edənlərə də təşəkkürümüzü çatdırırıq. Azərbaycan hakimiyyəti gündüz bir dövlətin, axşam bir başqa dövlətin onu devirməsindən danışır. Belə olanda ona demək lazımdır ki, dörd bir yanını özünə bu cür düşmən edibsənsə, bəs Qarabağı necə azad edəcəksən? Sən özün milli təhlükə mənbyinə çevirilibsən ki!".

Əli Kərimli yaşlı cəbhəçiləri də tənqid edib: "Gəncləri meydanda görüb arxayınlaşmayın, deməyin ki, biz işimizi görüb qurtarmışıq. İş hələ qurtarmayıb. Gənclərdən ruhlanın, amma özünüzü də işdən kənarda saxlamayın!"

AzNews.az