- Köhnə - Siyasət
- 16 Mart 2013 13:23
- 1 707
Fazil Mustafa: “Azərbaycanda hüquqi dövlət modeli oturmayıb”

Bu fikirləri AzNews.az-a BQP sədri, millət vəkili Fazil Mustafa deyib. O qeyd edib ki, bu günə kimi parlamentdə hesabat dinlənilərkən dəfələrlə nazirlərin də iclasda iştirak etmələrini tələb edən deputatlardan biri olub:
"Baş nazir bəzi sualları cavablandıra bilər, amma ayrı-ayrı sahələrə aid sualları cavablandıra bilməz. Çox təəssüf ki, suallara cavab verməli olan nazirlər işlasda iştirak etmir. Belə olan halda bəs nazirlərin yerinə sualları kim cavablandıra bilər? Problem bundadır. Onların hesabat zamanı iclaslarda iştirak etməməsi dövlətçilik ənənəsinə uyğun deyil".
Millət vəkilinin sözlərinə görə, qanuni prosedurun yerinə yetirilməməsi və hətta bəzi həmkarlarının təkliflərinin reaksiyasız qalması anlaşılan deyil: "Nazirlərin hesabat zamanı iclasda iştirak etməməsi onu göstərir ki, Azərbaycanda hələ də hüquqi dövlət modeli oturmayıb".
Gültəkin
AzNews.az