“İrəvan-Van aviareysinin açılması şəxsi təşəbbüsdür, dövlətin təşəbbüsü deyil” “İrəvan-Van aviareysinin açılması şəxsi təşəbbüsdür, dövlətin təşəbbüsü deyil”

Türkiyənin Azərbaycandakı səfirindən anlaşılmaz açıqlama

“İrəvan-Van aviareysinin açılması şəxsi təşəbbüsdür, dövlətin təşəbbüsü deyil”



"İrəvan-Van aviareysinin açılması şəxsi təşəbbüsdür, dövlətin təşəbbüsü deyil. Bunu unutmamaq lazımdır". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun verib.

O qeyd edib ki, Türkiyə hər bir məsələdə Azərbaycanın yanındadır: "Türkiyənin Qarabağ məsələsində mövqeyi hamıya məlumdur. Ölkəmizin mövqeyində hansısa dəyişiklik olduğuna şübhə etməyə heç bir əsas yoxdur. Bir daha təkrar edirəm, bu, şəxsi şirkətin təşəbbüsüdür və bu təşəbbüsün dövlətin mövqeyinə heç bir aidiyyəti yoxdur. Türkiy-Azərbaycan münasibətləri o qədər möhkəmdir ki, hansısa aviareysin açılması bu münasibətləri korlaya bilməz".

AzNews.az