"İsa Qəmbər İranın nəzarətindədir" "İsa Qəmbər İranın nəzarətindədir"

BAXCP-dən İsa Qəmbərə cavab gəldi

"İsa Qəmbər İranın nəzarətindədir"



Müsavat partiyasının başqanı İsa Qəmbər gənclərlə görüşündə "Azərbaycanda olan partiyaların bir qismi hakimiyyətin, bir qismi Rusiyanın, digər qismi də İranın nəzarətindədir" fikri siyasi dairələrdə birmənalı qarşılanmayıb. Bu fikirlərə ən sərt reaksiya isə BAXCP-dən gəlib. Partiyanın mətbuat xidmətinin yaydığı məlumatda Qüdrət Həsənquliyevin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlının fikirləri yer alıb. qətiyyən bu fikirlə razılaşmadığını bildirib: "Əgər doğrudan da Azərbaycanda olan partiyaların bir qismi hakimiyyətin, bir qismi Rusiyanın, bir qismi də İranın təsirindədirsə, deməli, İsa Qəmbərin rəhbərlik etdiyi partiya da ya iqtidarın, ya Rusiyanın, ya da İranın nəzarətindədir. Əgər belə variantlar varsa, Müsavatla bağlı bir qədər də dəqiqləşmə aparmaq olar. Mənim fikrimcə, İsa Qəmbər İranın nəzarətindədir. Yadımızdadır ki, Bakı-Ceyhan kəməri çəkilən ərəfədə İsa Qəmbər kəmərin İrandan keçməsinin tərəfdarı olan bir partiya kimi çıxış etmişdi. Və elə həmin dönəmlərdə onun İranla bağlı olması ilə bağlı mətbuatda xeyli yazılar dərc edildi".

Sədr müavini bildirir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası heç bir qüvvənin nəzarətin də deyil: "Partiyanın əsas prinsipləri və söykəndiyi dayaq Azərbaycan xalqıdır. Azərbaycanı bütöv görmək istəyən insanların toplaşdığı partiyadır. Azərbaycanın milli maraqlarını həmişə uca tutan bir partiyayıq. On minlərlə insanlar BAXCP-də cəmləşib".

Orxan
AzNews.az