İyunun 7-də Moskva vaxtı ilə saat 12:00-dan başlayaraq Rusiya Prezidenti Vladimir Putin canlı yayımda suallara cavab verir. Bu, Putinin növbəti 6 illik prezidentliyi dövründə ilk “Birbaşa xətt”dir. İyunun 7-də Moskva vaxtı ilə saat 12:00-dan başlayaraq Rusiya Prezidenti Vladimir Putin canlı yayımda suallara cavab verir. Bu, Putinin növbəti 6 illik prezidentliyi dövründə ilk “Birbaşa xətt”dir.

Putin canlı yayımda sualları cavablandırır

İyunun 7-də Moskva vaxtı ilə saat 12:00-dan başlayaraq Rusiya Prezidenti Vladimir Putin canlı yayımda suallara cavab verir. Bu, Putinin növbəti 6 illik prezidentliyi dövründə ilk “Birbaşa xətt”dir.

AZƏRTAC xəbər verir ki, Vladimir Putin “Birbaşa xətt” televiziya proqramı vasitəsi ilə 2001-ci ildən 11 dəfə ölkə başçısı kimi, 4 dəfə isə baş nazir vəzifəsində televiziya tamaşaçıları ilə ünsiyyətdə olub.

Təşkilatçıların məlumatına görə, iyunun 7-də səhər saatlarınadək Rusiya Prezidentinə 1,8 milyon sual ünvanlanıb. Müraciətlərin qəbuluna mayın 27-dən başlanıb. Rusiya Prezidentinə sualları canlı yayımın sonunadək ünvanlamaq olar.

“Birbaşa xətt” Rusiyanın Birinci kanalı, “Rossiya-1”, “Rossiya-24”, ORT, telekanalları, “Mayak”, “Vesti FM”, “Radio Rossii” radiostansiyaları ilə yayımlanır.

AzNews.az