Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib. Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Bəhreyn Kralı İlham Əliyevə məktub ünvanladı

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

AzNews.az xəbər verir ki, məktubun mətnində deyilir:

"Zati-aliləri.

Dost ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə Bəhreyn Krallığının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Fürsətdən istifadə edərək, şəxsən Zati-alinizə ən səmimi və xoş arzularımı çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayır, xalqınıza isə müdrik rəhbərliyiniz ilə davamlı tərəqqi və firavanlıq diləyirəm".