- Köhnə - Siyasət
- 10 İyul 2018 16:25
- 4 982
Azərbaycan Silahlı Qüvvələrində siyasi partiyaların, QHT-lərin yaradılması və fəaliyyəti qadağan edildi

Prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1184-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Dəyişikliyə əsasən qanunun 4-cü maddəsinə aşağıdakı məzmunda altıncı hissə əlavə edilir:
“Azərbaycan Respublikasının Silahlı Qüvvələrində siyasi partiyaların yaradılması və fəaliyyəti qadağandır.”.
Prezident İlham Əliyev, həmçinin “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1183-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Dəyişikliyə əsasən, qanunun 2.3-cü maddəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilir:
“Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qeyri-hökumət təşkilatlarının yaradılması və fəaliyyəti qadağandır.”.
AzNews.az