- Köhnə - Siyasət
- 11 İyul 2018 19:55
- 5 909
Naxçıvan Muxtar Respublikasında yeni nazir təyinatı
Rəhman Əli oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin edilib.
AzNews.az-ın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fərman imzalayıb.
Qeyd edək ki, Rəhman Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsində çalışıb.