Bir sıra ölkələrin parlament rəhbərləri Azərbaycana dəvət olunub. Bir sıra ölkələrin parlament rəhbərləri Azərbaycana dəvət olunub.

Parlament rəhbərləri Azərbaycana dəvət olundu

Bir sıra ölkələrin parlament rəhbərləri Azərbaycana dəvət olunub.

AzNews.az xəbər verir ki, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Trend-ə bildirib ki, spikerlər sentyabrın 20-də Milli Məclisin yaranmasının 100 illik yubileyi ilə əlaqədar parlamentin xüsusi iclasında iştirak etmək üçün dəvət edilib.

A.Təvəkküloğlu qeyd edib ki, bundan sonra da bir sıra ölkələrin parlament rəhbərlərinə dəvətnamələr göndəriləcək:

“Yəni proses hələ davam edir. Hansı ölkələrin parlament spikerlərinin gəlib-gəlməyəcəyi barədə indidən nəsə demək çətindir”.

Parlament rəsmisi vurğulayıb ki, hazırlıq prosesi yekunlaşdıqdan sonra bu barədə ətraflı məlumat veriləcək.