- Köhnə - Siyasət
- 30 Avqust 2018 12:14
- 6 088
Gürcüstanın Baş naziri Azərbaycana gəldi
Gürcüstanın Baş naziri Mamuka Baxtadze avqustun 30-da Azərbaycan Respublikasına səfərə gəlib.
AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Gürcüstanın Baş naziri Mamuka Baxtadzeni hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
AzNews.az