- Köhnə - Siyasət
- 30 Avqust 2018 20:43
- 5 552
Mamuka Baxtadzenin Azərbaycana səfəri başa çatdı
Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin Azərbaycana səfəri başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
M.Baxtadzeni hava limanında Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.
AzNews.az