“MƏN BU ADAMLARA HƏMİŞƏ YUXARIDAN AŞAĞI BAXMIŞAM” “MƏN BU ADAMLARA HƏMİŞƏ YUXARIDAN AŞAĞI BAXMIŞAM”

Rəsul Quliyevdən Müsavata təhqiramiz ifadələr

“MƏN BU ADAMLARA HƏMİŞƏ YUXARIDAN AŞAĞI BAXMIŞAM”



"Müsavat qəzetindən heç vaxt məna kəsb edən söz deməyi bacarmayan şəxslərin tribuna kimi istifadə etməsi çox da yaxşı hal deyil. Həyatında şüar deməkdən başqa heç vaxt heç bir iş görməyən şəxslərin ömrünü təmasda olduğu insanların yaxşı yaşamasına sərf etmişlər barədə tükürpədici haray qoparmasının kimə xeyri olacağı məlum deyil".

Bu fikirləri eks-spiker Rəsul Quliyev "facebook" səhifəsində yazıb. R.Quliyevin sözlərinə görə onların tənqid etdikləri şəxs də özləri də camaata yaxşı tanışdır və xüsusi canfəşanlığa ehtiyac da yoxdur:

"Mən yazımda naxçıvanlı-ermənistanlı qarşıdurması yaratmaq cəhdini ağılsız hərəkət kimi pisləmişəm. Cavab verən niyə bu məsələnin onlara aid olduğunu qəbul edib ağzına gələni havaya səpələyir. Niyə başqa partiyadan olanlar bu ittihama görə narahat olmur. Mən hələ ahıl olmayan vaxtlarda bu tip insanlara yuxarıdan aşağı baxırdım indi də davam edirəm. Mən həmin 1992-93-cü illərdədə bu tipli adamların xalqın başına gətirəcəyi bəlaları görürdüm və danışırdım və onlar da heç vaxt cəsarətləri çatıb cavab vermirdilər. ABŞ-da görüşəndə də onları kifayət qədər tənqid etməyimə baxmayaraq heç vaxt cavab verən görməmişəm. Həmişə arxadan zərbə vurmağa öyrənmiş bu insanlar heç vaxt düzələ bilməzlər. Məni ahıl, özünü gənc sayan bu insanlar fikrimcə, gənc doğulublar elə gənc də bu dünyanı tərk edəcəklər, heç vaxt qocalmayacaqlar. Anadan olduqları rayonlarda insanların real yaşayış şəraitindən xəbəri olmayan, insanların real gəliri və xərclərinin balansını qura bilməyən insanların özlərini Azərbaycanın lideri görmək arzularına nə adı verə bilərsiniz?"

Sabiq spiker daha sonra bildirib ki, ötən əsrin 90-cı illərindən keçən müddət ərzində bu insanların düşüncəsində hansısa dəyişiklik müşahidə olunmur:
"Fikir verin, 1990-cı illə 2013 -ci il düşüncə və danışıq tərzində heç bir dəyişiklik baş verməyib. İnsan beyninin heyranedici dəyişilməzliyidir. Naxçıvan Ermənistan klanlarının savaşı ideysının müəllifləri olmayn şəxslər bu işi görmədiklərini sübut etməyə çalışarlarmı? Deməli, mənim əleyhimə olan həm birinci, həm də ikinci yazı Müsavat qəzetində çap olunub. Onlara cavab isə mən tərəfdən facebookda verilib. Bu insanlar facebookdan niyə istifadə etmirlər. Düşünürlər ki, müsavat qəzetində çıxsa çəkiləri artacaq".

Gültəkin
AzNews.az