- Köhnə - Siyasət
- 31 Avqust 2018 12:09
- 5 555
Yaponiyadan Bakıya nazir gəlir
Yaponiyanın xarici işlər naziri Taro Kano sentyabrın 5-də Azərbaycana rəsmi səfər edəcək.
Bunu "Report"un sualına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Səfər zamanı T.Kano Azərbaycan rəsmiləri, o cümlədən azərbaycanlı həmkarı Elmar Məmmədyarovla bir sıra görüşlər keçirəcək.
Görüşlərdə ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə ediləcək.
AzNews.az