Bu gün Soçidə Azərbaycan prezidenti İlham Əliyevlə Vladimir Putinin görüşü baş tutacaq. Görüşdə Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran bir sıra iqtisadi məsələlərin müzakirəsi gözlənilir. Bu gün Soçidə Azərbaycan prezidenti İlham Əliyevlə Vladimir Putinin görüşü baş tutacaq. Görüşdə Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran bir sıra iqtisadi məsələlərin müzakirəsi gözlənilir.

Əliyev-Putin görüşündən politoloqlar nə gözləyir? - RƏY

Bu gün Soçidə Azərbaycan prezidenti İlham Əliyevlə Vladimir Putinin görüşü baş tutacaq. Görüşdə Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran bir sıra iqtisadi məsələlərin müzakirəsi gözlənilir.

Politoloq Fikrət Sadıxov AzNews.az-a bildirib ki, Rusiya Qarabağ probleminin həllində Azərbaycanın lehinə addımlar atmağa başlayır:

“Rusiya tərəfindən artıq müəyyən yumşaqlıq hiss olunur. Ermənistanla gərginləşən münasibətlər fonunda Azərbaycanla Rusiya arasında münasibətlər daha da möhkəmlənir. Dövlət başçımızın Soçiyə səfəri də elə bunun əyani sübutudur. Putinlə Əliyevin görüşündə Dağlıq Qarabağ münaqişəsinin ciddi şəkildə müzakirə olunacağına şübhə etmirəm. Düzdür, indi dəqiq bir şey demək mümkün deyil. İlkin informasiyalar görüşdən sonra bəlli olacaq. Lakin Rusiyanın bu mövzuda daha rasional mövqe tutması hazırki vəziyyətdə heç də qeyri-mümkün görünmür. Düşünürəm ki, bu görüşdə iqtisadi məsələlər də əsas yer tutacaq. Çünki Rusiya Cənubi Qafqaz regionundakı bir çox layihələrin müzakirəsini vacib hesab edir, eləcə də bir sıra layihələrin iştirakçısıdır. Azərbaycan da bu baxımdan konstruktiv mövqe tutur”.

Pərvanə AĞAZADƏ
AzNews.az