AXCP fünksioneri Azər Həsrətə “satqın” dedi

"Facebook"da Rüstəm İbrahimbəyovun Milli Şuranın yaradılması ideyası ətrafında gedən müzakirələrdə AXCP sədrinin müavini Nürəddin Məmmədli Azər Həsrəti satqınlıqda ittiham edib.

Belə ki, Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı, Türk Xalqları Mədəniyyət Vəqfi başqanının yardımçısı Azər Həsrətin "Rüstəm kimi manqurtun öndə olacağındansa, İlham Əliyev daha 100 il prezident olsun!" sözləri AXCP yetkilisinin xoşuna gəlməyib və yazdığı rəydə onu təhqir edib: "Ilahi, bizi muxalifətçi olub, sonra satılanlardan qoru".

Azər Həsrət "Facebook"da gedən yazışmalarda Nürəddin Məmmədlini mədəni olmağa dəvət etsə də, onun yazdığı ikinci statusunun da eyni tipli olmasına cavab verib

"Nurəddin bəy, təkrar etmək zorundayam ki, fikriniz olduqca mənasız və yersiz görünür. Sizə olan sayğımı yıpratmaq fikriniz varsa, buna nail oldunuz artıq, gedib rahat yata bilərsiniz".

Nazim
AzNews.az