- Köhnə - Siyasət
- 13 Aprel 2013 09:08
- 2 315
“Milli Şuranın perspektivinə inanmıram”
Bu sözləri politoloq Ərəstün Oruclu AzNews.az-a açıqlamasında bildirib. Politoloq müxalifətin seçkilərə qədər birliyə nail olacağına inamının az olduğunu deməklə yanaşı bildirdi ki, bu barədə konkret may ayından sonra danışmaq olar:
"Müxalifət düşərgəsində ümumi mənzərə heç də ürəkaçan deyil. Ancaq bir aydan sonra nələr olacaq, hansı prosselər gedəcək bunu proqnozlaşdırmaq mümkün deyil. Çünki, ölkədə siyasi münasibətlət sistemi yoxdur. Ona görə də indi bir-birini qəbul etməyən siyasətçilərin bir aydan sonra hansı addımları atacağını demək çətindir. Ölkədə və regionda mürəkkəb prosseslər gedir. Bu prosseslərin nəticəsində müxalifət birləşə bilər. Xaricdə partiyaların koalisiyyalarda birləşməsi heç də liderlərin bir-birinə sevgisindən irəli gəlmir. Koalisyya ümumi maraqlar məqsədi ilə yaradılır".
Nazim
AzNews.az