- Köhnə - Siyasət
- 17 Aprel 2013 16:26
- 3 763
Partiya sədri ABŞ rəsmisi ilə görüşdən danışdı
“Müzakirələrlə bağlı geniş məlumat verməyə lüzum yoxdur”
Bakıda səfərdə olan ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melia müxalifət partiyalarının Azərbaycanın müxalifət partiyalarının rəhbərləri ilə görüşüb.
Görüşdə Azərbaycandakı mövcud ictimasi-siyasi vəziyyət və qarşıdan gələn prezident seçkilərinin müzakirə olunduğu haqda çox qısa məlumat verilib. ABŞ rəsmisinin müxalifət təmsilçiləri ilə konkret olaraq hansı məsələləri müzakirə etdiyini öyrənmək üçün Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevlə əlaqə saxladıq.
Partiya sədri AzNews.az-a açıqlamasında görüş barədə detallı məlumat verə bilməyəcəyini dedi: "Görüş barədə umumi məlumat verməklə kifayənməyi lazım bildik. Müzakirələrin detalları ilə bağlı geniş məlumat verməyə lüzum yoxdur".
Qeyd edək ki, ABŞ rəsmisi ilə görüşdə Əli Əliyevlə yanaşı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, "El" hərəkatının rəhbəri Eldar Namazov və REAL hərəkatının həmsədri Erkin Qədirli də iştirak edib.
Nazim
AzNews.az