- Köhnə - Siyasət
- 19 Aprel 2013 12:15
- 3 146
Azərbaycan və Makedoniya saziş imzalayacaq
Trend-in məlumatına görə, bu barədə cümə günü Bakıda keçirilən Azərbaycan-Makedoniya biznes forumunda çıxışı zamanı iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib. Saziş Makedoniyanın Baş naziri Nikola Qruevskinin Azərbaycana səfərinin gedişi zamanı imzalanacaq.
"Azərbaycan və Makedoniya arasında siyasi əlaqələr yüksək səviyyədədir, həmçinin iqtisadi-ticarət əməkdaşlığının potensialı da yüksəkdir və bu gün bu potensialın reallaşdırılması əsas məsələdir ", - nazir bildirib.
Mustafayevin sözlərinə görə, sərmayələrin qorunması haqqında saziş Azərbaycan və Makedoniya arasında iqtisadi əlaqələrin genişlənməsinə öz töhfəsini verəcək.
Onun sözlərinə görə, biznes görüşdə kənd təsərrüfatı, turizm, İKT , tikinti və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edir.
"Azərbaycanlı sahibkarların belə böyük sayla tədbirdə iştirakı yerli iş adamlarının Makedoniya və digər Şərqi Avropa ölkələrilə işə yüksək marağının göstəricisidir", - Mustafayev bildirib.
Qruevskinin sözlərinə görə, hər iki ölkənin iqtisadiyyatı dinamik şəkildə inkişaf edir, bu da qarşılıqlı münasibətlərin genişlənməsi üçün yaxşı imkanlar yaradır. Makedoniyanın Baş naziri azərbaycanlı sahibkarları onun ölkəsində biznesin idarə edilməsi imkanlarını öyrənməyə dəvət edib.
"Makedoniyada nisbətən aşağı vergi dərəcələri, əlverişli biznes mühiti yaradılıb. Ölkədə üç azad iqtisadi zona, həmçinin xüsusi turizm zonaları fəaliyyət göstərir və onların sayı gələcəkdə artacaq",- Qruevski bildirib.
Turistləri cəlb etmək, ticari və iqtisadi əlaqələri genişləndirmək məqsədilə Makedoniya hakimiyyəti yenidən Azərbaycan və digər üç postsovet ölkənin (Rusiya,Ukrayna, Qazaxıstan) vətəndaşları üçün ölkəyə vizasız giriş rejimini 15 mart 2014-cü ilədək uzadıb.
AzNews.az