- Köhnə - Siyasət
- 24 Aprel 2013 08:42
- 4 193
İqbal Ağazadə Milli Şuraya “xeyir-dua” verdi
“Əgər Milli Şura yarada bilirlərsə, yaratsınlar”
"Allah xeyirlərini versin. Milli Şura yarada bilirlərsə, yaratsınlar. Biz onlara heç nə demirik". Bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə AzNews.az saytına açıqlamasında bildirib.
Partiya sədrinin sözlərinə görə, Rüstəm İbrahimbəyovun yaratmaq istədiyi Milli Şura ilə bağlı danışıqlarda iştirak etmir: "Bizə təklif olmayıb".
İqbal Ağazadə yaradılacağı təqdirdə Milli Şuranın namizədi dəstəkləməklə bağlı sualımıza qeyri-müəyyən cavab verdi:
"Qoy yaratsınlar, vahid namizədin kimliyini müəyyən etsinlər. Ondan sonra bu barədə konkret danışmaq olar".
Nazim
AzNews.az