- Köhnə - Siyasət
- 30 Aprel 2013 08:22
- 4 069
Rəsul Quliyev: “Siz hansı seçkilərdən danışırsınız?“
Hələ də seçkilərdə iştirak edib-etməyəcəyi sual altında olan R.Quliyev Modern.az-a açıqlamasında müxalifətin ən güclü namizədləri hesab edilən Müsavat başqanı İsa Qəmbər və "EL" hərəkatının lideri Eldar Namazovun nəinki prezident seçkilərində, hətta partiyadaxili seçkilərdə belə, qalib gələ bilməyəcəklərini deyib.
"Siz hansı seçkidən danışırsınız? Müsavat Partiyasının və "EL" hərəkatının başqanlığı uğrundakı seçkilərdən, onların hər ikisi o seçkilərdə güclüdür. Amma mənim sadəcə olaraq həmin seçkilərdə iştirak etmək niyyətim yoxdur. Əgər prezident seçkilərindən söhbət gedirsə, bu yazdıqlarınızı bir yumor və ya anektod kimi də qəbul etmək olar. Nəinki Azərbaycanda, hətta öz partiyalarında həqiqi demokratik seçkilər keçirilsə, orada da onların qalib gəlməsi şübhə altındadır"-deyə eks-spiker bildirib.
AzNews.az