“İbrahimbəyov Azərbaycana mütləq gələcək”


"Bu gün Milli Şura ilə bağlı heç bir iclas keçirilməyib. Hazırda Bəyannamənin son variantı üzərində iş gedir. Yəqin ki, sabahdan bəyannamənin imzalanmasına başlanılacaq".

Bunu AzNews.az-a açıqlamasında "El" hərəkatının Ali Məclis sədi Eldəniz Quliyev dedi. Məclis sədri Milli Şura ideyasının müəllifi, tanınmış kinorejisor Rüstəm İbrahimbəyovun Bakıya qayıdışı ilə bağlı deyilənlərə də aydınlıq gətirsə də konkret tarix açıqlamayıb:

"Rüstəm İbrahimbəyov Azərbaycana mütləq gələcək. Gəlməməsi mümkün deyil, həm də niyə də gəlməsin? "

Bahar Rüstəmli
AzNews.az