İctimai Palata rəhbərliyi toplanır


Bu gün İctimai Palatanın Koordinasiya Şurasının iclası keçiriləcək.

Bu barədə AzNews.az-a İP KŞ-nin üzvü, politoloq Zəfər Quliyev məlumat verib. Onun sözlərinə görə, bu gün saat 15:00-da İP KŞ-nin iclası çağırılıb.

İclas Müsavat partiyasının qərargahında baş tutacaq. İclasda İP-in dönəm sədri KŞ-nin üzvü, Müsavat başqanı İsa Qəmbərin qurumun ötən aykı fəaliyyəti ilə bağlı hesabatı olacaq. Həmçinin, İP-in seçkilərdə iştirak forması və cari ictimai-siyasi məsələlərin də müzakirəyə çıxarılacağı gözlənilir.

Bahar Rüstəmli
AzNews.az