“El“ Milli Şura ilə barışdı

Bu gün Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli El hərəkatının rəhbərliyi ilə görüşüb. Milli Şura sədri Rüstəm İbrahimbəyovun evində keçirilən görüşün təşəbbüsçüsü Cəmil Həsənli olub.

El hərəkatı sədrinin müavini Zəfər Quliyev bildirib ki, tərəflər bir neçə gündür Milli Şura və El hərəkatı arasında yaranan durumu müzakirə edib:"El hərəkatına qarşı saxta ittihamlarla basqılar başlanandan sonra Milli Şuranın El-in müdafiəsində müəyyən lənglik göstərməsi bir qədər soyuqluq yaratmışdı. Cəmil Həsənli ilə bu məsələni müzakirə edərkən o, El hərəkatının səsləndirdiyi arqumentləri qəbul etdi. Biz Milli Şura daxilindəki bir sıra digər məsələləri də müzakirə etdik. El Milli Şurada fəaliyyətini davam etdirir və seçki prosesində Milli Şuranın bütün qərarlarının icrasına hazırdır".

Zəfər Quliyev onu da bildirib ki, El-in Milli Şuranın vahid namizədinin təbliğat kampaniyası ilə bağlı da müəyyən planları var: "Biz Cəmil Həsənlinin ictimai vəkilləri sırasında olmaqla yanaşı, təbliğat kampaniyasına daha çox yardım etmək məqsədilə xüsusi plan hazırlamışıq. Milli Şuranın namizədi qeydiyyata alınarsa. Biz bu planı açıqlayacağıq. Hələlik bu, sürpriz olaraq saxlanır".(musavat.com)

AzNews.az