Cəmil Həsənlinin imza vərəqələri MSK-ya təqdim olundu

Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin imza vərəqələri və mülkiyyəti ilə bağlı arayış bir qədər əvvəl Mərkəzi Seçki Komissiyasına təqdim edilib.


Bu barədə məlumatı Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı verib. Onun sözlərinə görə, 893 imza vərəqində 44 595 imza toplanıb.

İmzalar bütün 125 seçki dairəsi ərazisindən toplanıb və qanunvericiliyin tələblərinə əməl olunub. Belə ki, qanunla 60 dan çox dairənin ərazisindən 50 və daha artıq imza toplanması tələb olunur. Cəmil Həsənlinin ısçki qərargahı isə 120 seçki dairəsi ərazisindən 50 və daha artıq imza toplanmasını təmin edib. (musavat.com)