“Hürriyet” cıddı səhfə yol verib

Türkiyənin nüfuzlu "Hürriyet" qəzetinin internet saytında Azərbaycan ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirilib.

APA-nın məlumatına görə, saytın abunə olmaq üçün nəzərdə tutulan bölməsində (Kaydol) ölkə adlarının arasında Azərbaycanın işğal olunmuş ərazisində separatçılar tərəfindən elan edilən və heç bir dövlət tərəfindən tanınmayan oyuncaq "Dağlıq Qarabağ Respublikası"nın da adı var.

Azərbaycanın Türkiyədəki səfirliyindən APA-ya bildiriblər ki, məsələdən xəbərdardırlar, rəsmi və qeyri-rəsmi səviyyədə bu fakta çox sərt münasibət ifadə olunub və hazırda səfirlik müvafiq cavab gözləyir. Səfirlikdən əlavə ediblər ki, Türkiyədə hazırda bayram olduğundan, qarşı tərəfin cavabını gələn həftənin birinci günü almağı gözləyirlər.

"Hürriyet" qəzetindən isə bildirilib ki, saytdakı yanlışlıqla bağlı şikayət qəbul olunub və həmin şikayət araşdırılacaq.

Qeyd edək ki, həmin bölmədə Gürcüstanın işğal olunmuş əraziləri - Abxaziya və Cənubi Osetiyanın da adları müstəqil dövlət kimi ayrıca göstərilib.

AzNews.az