“Ümid”in sabiq sədr müavini hərəkatçı oldu

Ümid Partiyasının sədr müavini Ruslan İzzətli D18 Hərəkatına üzv olub.

R. İzzətlinin AzNews.az-a verdiyi məlumata görə, ötən gün isə o, partiyadan istefa verən gənclərlə görüşüb. Görüşdə Ruslan İzzətlinin istefa səbəbləri və siyasi fəaliyyətinin harda davam etməsi haqda qərar verib:

"Ümid Partiyası rəhbərliyindən istefa verməyimin səbələri hər kəsə məlumdur. Partiyanın seçkiyə verdiyi qiymət, gənclik olaraq prinsiplərimiz və dəyərlərimizə ziddir. Bu gün, siyasi fəaliyyətimi D18 Hərəkatında davam etdirməyi qərara aldım. Azərbaycanın yeni bir siyasi xəttə, yeni bir təşkilata ehtiyacı var. D18 üçünçü qüvvə anlayışın cəmiyyətə gətirmək istəyən və çalışan bir gənclik qurumudur".

O, bu səbəbdən də fikir və prinsiplərinin uyğun gəldiyi D18 Hərəkatına qoşulduğunu və siyasi fəaliyyətinin bu qurumda davam etdirəcəyini qeyd edib.

AzNews.az