- Köhnə - Siyasət
- 19 Noyabr 2013 16:55
- 4 633
İsa Qəmbər Tiflisdə İbrahimbəyovla niyə görüşmədi? - Açıqlama
Bunu AzNews.az-a açıqlamasında Milli Şuranın sədri Rüstəm İbrahimbəyov deyib.
O bildirib ki, hazırda Batumidədir və gecə saatlarında Tiflisdə olacaq: "İsa bəy bu gün Tiflisə gəlib? Bundan xəbərsizəm. Mən bu gün Batumidən Tiflisə qayıdıram. Onun Tiflisə gəlməyi ilə bağlı isə məndə heç bir məlumat yoxdur".
R. İbrahimbəyov İ.Qəmbərlə görüşmək ehtimalı haqda da danışıb: "Əgər görüş nəzərdə tutulsaydı, qabaqcadan bilərdim".
Qeyd edək ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər bu gün Tiflisə gedib. Səfərdə məqsəd beynəlxalq tədbirdə iştirak etməkdir.
Bahar Rüstəmli
AzNews.az