Ermənistan Təbrizdə baş konsulluq açır

"Ermənistan Təbriz şəhərində baş konsulluq açmalıdır". AzNews.az İranın MEHR agentliyinə istinadən bildirir ki, bu barədə Ermənistanın Tehrandakı səfiri Qriqor Arakelyan Təbrizə səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib. Arakelyan deyib ki, Ermənistan hazırda bu məsələni araşdırır.

Bəzi məsələlər həllini tapdıqdan sonra Ermənistanın Təbrizdə baş konsulluğu açılacaq. Arakelya əlavə edib ki, hazırda Ermənistanın bir çox ölkələrdə səfirlik və konsulluğu yoxdur.

Bunun üçün də yeni səfirlik və konsulluqların açılması Ermənistan üçün proritet məsələdir. Arakelyan həmçinin bildirib ki, Tehranda keçiriləcək Bitərəf Dövlətlər Hərəkatının saammitində Ermənistan prezidenti Serj Sərkisyan iştirak edəcək.

AzNews.az