İlham Əliyev Bruney və Estoniya liderlərini təbrik edib

Prezident İlham Əliyev Estoniya Respublikasının Prezidenti Toomas Hendrik İlvesə və Bruney Darüssalamın Sultanı Əlahəzrət Hacı Həssənal Bolkiaha təbrik məktubu ünvanlayıb.

Bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.
Toomas Hendrikə ünvanlanan məktubda deyilir:

"Hörmətli cənab Prezident, Əziz Dostum, Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan-Estoniya əlaqələrinin genişləndirilməsi, dostluq və əməkdaşlıq münasibətlərimizin möhkəmləndirilməsi və inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Estoniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Digər təbrikdə isə prezident İlham Əliyev Bruney Darüssalamın Sultanı Əlahəzrət Hacı Həssənal Bolkiaha təbrik məktubu ünvanlayıb.

Azərbaycan Prezidentinin təbrik məktubunda deyilir:

"Əlahəzrət, Bruney Darüssalamın milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Bruney arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Bruney Darüssalamın dost xalqına daim sülh və rifah diləyirəm".


AzNews.az