- Köhnə - Siyasət
- 28 Fevral 2014 09:35
- 6 010
İsgəndər Həmidovun partiyası qurultaya hazırlaşır

Bu barədə məlumatı AzNews.az-a sözügedən partiyanın sədri Qələndər Muxtarlı bildirib.
Onun sözlərinə görə, qurultayın vaxtı yaxın günlərdə açıqlanacaq:
"Qurultaya hazırlaşıram. Təşkilat komitəsi ilə birlikdə bu günlərdə son qərar verəcəyik. Hər halda çalışacağıq ki, martın sonlarında qurultay işimizi yekunlaşdıraq. Bütün istəyim odur ki, qurultay sakit keçsin".
Xatırladaq ki, AMDP-nın sonuncu – 5-ci qurultayı 2011-ci ildə keçirilib. Həmin qurultayda AMDP-nin yaradıcısı İsgəndər Həmidov partiyanın rəhbərliyindən istefa verib. Hazırda isə İ.Həmidov yenidən partiyanın rəhbərliyinə keçməsinə iddialıdır.
Bahar Rüstəmli
AzNews.az