Ermənistan polisi Budapeştdən 10 əməkdaşını geri çağırır

Bu Ramil Səfərovun ekstradisiyasına cavabdır

Ermənistan polisi Budapeştdə hazırlıq keçən 10 əməkdaşını geri çağırır. AzNews.az-ın armtoday.info saytına istinadən verdiyi xəbərə görə, buna səbəb Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiya edilməsidir.

Bəyanatda deyilir ki, Səfərovun ekstradisiyası bu ölkədəki Ermənistan vətəndaşlarının təhlükədə olduğunu və onlara qarşı törədilən cinayətlərin cəzasız qala biləcəyini göstərir.

Həmçinin bəyanatda qeyd edilir ki, Ermənistan nümayəndə heyəti Bakıda keçiriləcək MDB ölkələri Daxili İşlər Nazirlərinin iclasında iştirakdan imtina edir və öz səlahiyyətlərini Rusiyaya verir.
Qeyd edək ki, erməni polislər Budapeştdə ABŞ-ın təşkil etdiyi layihə çərçivəsində hazırlıq keçirdilər.

Sadiq
AzNews.az