Ketrin Eşton: “Avropa Birliyi hadisələrin gələcək inkişafından narahatdır” Ketrin Eşton: “Avropa Birliyi hadisələrin gələcək inkişafından narahatdır”

Avropa Birliyindən də mövqe gəldi

Ketrin Eşton: “Avropa Birliyi hadisələrin gələcək inkişafından narahatdır”

Avropa Birliyi rəsmisi Ketrin Eşton Ramil Səfərovun ekstradisiyası və azad edilməsi ilə bağlı açıqlama verib. AzNews.az-ın newsarmenia.ru saytına istinadən verdiyi xəbərə görə, Eşton hər iki ölkəni ikitərəfli münasibətlərdə gərginlik yaratmamağa çağırıb. "Biz Azərbaycan və Ermənistanı təmkinli olmağa və münasibətlərin istənilən formada gərginləşməsinə yol verməməyə çağırırıq.

Xanım Eşton həmçinin qeyd edib ki, Avropa Birliyi hadisələrin gələcək inkişafından narahatdır və gərginliyin bu xətlə davam etməsi Cənubi Qafqaz və ümumiyyətlə region üçün ağır nəticələrə gətirib çıxara bilər.

Sadiq
AzNews.az