- Köhnə - Siyasət
- 6 Sentyabr 2014 10:45
- 3 593
“Münaqişəyə etinasızlıq dünyanı ciddi problemlərlə üzləşdirə bilər” – Açıqlama

Bunu AzNews.az-a açıqlmasında Milli Məclisin sədr müavini Bahar Muradova ABŞ-ın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin ötən gün keçirilən görüşünə münasibət bildirərəkən deyib.
Onun sözlərinə görə, bir-birinin ardınca Rusiya və ABŞ-ın vasitəçiliyi ilə prezidentlərin görüşünün təşkil olunması deməyə əsas verir ki, dünyadakı mövcüd təhlükələr, açıq şəkildə beynəlxalq hüquq prinsiplərinə laqeyidlik, bu kimi problemlərin həllinə diqqətin artırılmasını tələb edir: "Hələlik Dağlıq Qarabağ münaqişəsinə dair aparılan danışıqların nətəcəsi olmasa belə, problemin həlli istiqamətində müzakirələr prosesində fəallığın artmasını yüksək qiymətləndirmək lazımdır".
Vitse-spiker vurğulayıb ki, hər üç vasitəçinin ayrı-ayrılıqda təşəbbüsləri, fəaliyyətlərinin tamamlamağa yönəlik əlaqəli və koordinasiya olunmuş şəkildə göstərsələr münaqişənin həllinə dair prinspial mövqe sərgiləmək mümkün olacaq.
O əlavə edib ki, problemin həlli mütləqdir: "Bu münaqişəyə etinasızlıq göstərilməsi dünyanı daha yeni problemlərlə üz-üzə qoya bilər".
Amid
AzNews.az