Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti xanım Ann Brasör Azərbaycanda səfərdədir. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti xanım Ann Brasör Azərbaycanda səfərdədir.

AŞ PA prezidentinin Azərbaycana səfəri başladı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti xanım Ann Brasör Azərbaycanda səfərdədir.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, bu gün AŞ PA prezidentinin Azərbaycana səfəri başlayıb.

Artıq A.Brasör bu gün Azərbaycandakı vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.

Sentyabrın 23-də isə AŞ PA prezidentinin Azərbaycan parlamentində təmsil olunan siyasi partiyaların nümayəndələri və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti ilə ayrı-ayrılıqda görüşərək müxtəlif məsələlər ətrafında müzakirələr aparacağı gözlənilir.

Sabah onun spiker Oqtay Əsədov tərəfindən də qəbul edəcəyi, Azərbaycanla Avropa Şurası arasında qarşılıqlı əməkdaşlıq və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparacağı nəzərdə tutulur.