- Köhnə - Siyasət
- 26 Sentyabr 2014 14:04
- 3 634
Sarkisyan qətnamələri yerinə yetirməkdən imtina etdi

Serj Sarkisyan BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnamənin yerinə yetirilməsindən birdəfəlik imtina edib.
AzNews.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Aleksandr Arzumanyan bildirib.
Sarkisyanın çıxışını siyasi yox, ekspert nəzər nöqtəsindən qiymətləndirən erməni deputat bildirib ki, 19 il ərzində Əliyevlər BMT tribunasından Ermənistanın qətnamələrə əməl etməməsini vurğulayır. Lakin bu qətnamələrdə Ermənistan münaqişədə tərəf göstərilmir . Qətnamələrdə yalnız İrəvana gələcək qarşıdurmalardan yayınmaq üçün Qarabağa yardım göstərməmək çağırışı yer alıb.
Aydan Axundova
AzNews.az