“Çoxmədəniyyətli cəmiyyət üçün dünyaya dialoq lazımdır”. “Çoxmədəniyyətli cəmiyyət üçün dünyaya dialoq lazımdır”.

“Ailə çoxmədəniyyətli cəmiyyətin əsasıdır” – Eks prezident

“Çoxmədəniyyətli cəmiyyət üçün dünyaya dialoq lazımdır”.


AzNews.az trend-ə istinadən xəbər verir ki,bunu cümə günü Latviyanın sabiq prezidenti Valdes Zatlers IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru mövzusunda "dəyirmi masa"da bildirib.

V.Zatlers deyib: "Əgər biz mədəniyyətdən danışırıqsa, bizlərdən hər birimiz müəyyən situasiyalarda mədəniyyət haqqında müxtəlif baxışlara malik oluruq. Əgər mədəniyyət anlayışının tərifi nöqtəsinə qayıtsaq, biz tədqiqat aparmışıq, respondentlərimizin 85 faizi multikulturalizmin mühüm elementləri anlayışı kimi ailəni göstərirlər. Məhz ailə çoxmədəniyyətli cəmiyyətin əsasını təşkil edir".

O qeyd edib ki, çoxmədəniyyətli cəmiyyətin yaxşılaşdırılmasının ən vacib məqamı cəmiyyətdə dialoq və sülhdür.