“AST” Telmanın adı uşaqlar üçün seksual ensiklopediya qalmaqalında

Moskvada uşaqlar üçün seksual ensiklopediya nəşr etmiş "AST" nəşriyyatı oxucularından üzr istəmək məcburiyyətində qalıb.

Modern.az Rusiya KİV-ə istinadən xəbər verir ki, "Ural Valideyn Komitəsi"nin Rusiya Uşaq Ombudsmanına müraciətindən sonra seksual məzmunlu rəsmləri olan kitab mağazalardan yığışdırılmağa başlanıb.

Bunu hiddətlənmiş valideynlər tələb edib. Prokurorluğa şikayətdən sonra artıq "AST" nəşriyyatı və kitabın müəllifi cinayət məsuliyyətinə cəlb oluna bilər.

Xatırladaq ki, "AST" nəşriyyatı tanınmış iş adamı Telman İsmayılovun holdinqinə daxil olan biznes strukturdur.

AzNews.az