O, peşəkar zabit olaraq xidməti fəaliyyətə başlayacaq O, peşəkar zabit olaraq xidməti fəaliyyətə başlayacaq

Müdafiə Nazirliyindən Ramil Səfərovla bağlı yeni açıqlama

O, peşəkar zabit olaraq xidməti fəaliyyətə başlayacaq



Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxaq əməkdaşlıq idarəsinin rəisi general-mayor Ramiz Nəcəfov Modern.az saytına açıqlamasında bu yaxınlarda azadlığa çıxan mayor Ramil Səfərovdan danışıb: "Ramil Səfərov hazırda məzuniyyətdədir, ailə-məişət problemlərilə məşğuldur. Məzuniyyət müddəti başa çatan kimi o, peşəkar zabit olaraq xidməti fəaliyyətə başlayacaq".

Lakin general Ramil Səfərovun hansı hərbi hissədə qulluq edəcəyini açıqlamaq istəməyib. Sentyabrın 1-də müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Azərbaycan Ordusunun zabiti Ramil Səfərovu qəbul edərək, ona mayor rütbəsi verib və hərbi xidmətə bərpa edib.

AzNews.az