Aydın Mirzəzadə: “Azərbaycan müxalifəti planları, prioritetləri yoxdur” Aydın Mirzəzadə: “Azərbaycan müxalifəti planları, prioritetləri yoxdur”

“Müxalifət rüşvət olayını hakimiyyətin üzərinə atmaq istəyir”

Aydın Mirzəzadə: “Azərbaycan müxalifəti planları, prioritetləri yoxdur”



"Müxalifət bu məsələni hakimiyyətin və rejimin üzərinə atmaq istəyir. Guya bu, təkcə Gülər Əhmədova yox, hakimiyyətin mahiyyətindən irəli gələn məsələdir. Əlbəttə, biz bu məsələni pisləyirik. Ancaq müxalifətin bu cür reaksiyası təəssüf doğurur."

Bunu Gülər Əhmədovanın məlum rüşvət olayı ilə bağlı jurnalistlərə açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib. O qeyd edib ki, Azərbaycan müxalifəti gündəlik məsələlərlə yaşayır: "Onun planları, prioritetləri yoxdur. Bu da onu göstərir ki, müxalifət cəmiyyətə mövzu təklif edə bilmir. Buna görə uğursuzluğa düçar olur. Bu məsələni müzakirə etməyə qaldıqda isə, bu, onların hüququdur.

A. Mirzəzadə əlavə edib ki, beynəlxalq təşkilatlarla Azərbaycanın normal münasibətləri var: "Hesab edirəm ki, onlar bu məsələ ilə maraqlansalar, ortada olan faktlar kifayət edəcək".

İlkin
AzNews.az