- Köhnə - Siyasət
- 1 Oktyabr 2012 10:46
- 3 221
İqbal Ağazadə: “Gülər Əhmədova məsələsi yenidən MM-in gündəminə gələcək”

İ.Ağazadənin sözlərinə görə, Milli Məclisdə hər kəs bir normanı gözləməyə çalışır: "Gülər Əhmədova ərizə ilə Mərkəzi Seşki Komissiyasına müraciət edib. Həmçinin, Respublika Prokurorluğu da cinayət işi qaldırıb. Artıq baş vermiş hadisə sübutlarla araşdırılması və qiymət verilməsi mərhələsindədir.
Hər kəs ona görə bir etap gözləməyi üstün tutub. Hesab edir ki, hüquq mühafizə orqanları əvvəlki proseslərdən fərqli olaraq, ictimaiyyətə daha geniş məlumat verər. Hüquq mühafizə orqanları susmaq siyasətini keçirmədi, əksinə bundan bağlı daha geniş açıqlamalar verir. Prosedura uyğun olaraq hər kəs də gözləmə mövqeyini tutdu, araşdırmanın nəylə nəticələnəcəyi, sonrakı dövrlərdə partiyaların, o cümlədən millət vəkillərinin reaksiyasının göstəricisi olacaq".
Bahar Rüstəmli
AzNews.az