- Köhnə - Siyasət
- 2 Oktyabr 2012 17:17
- 2 900
Eks-prezidentin məzarı açıldı
Cəsədin qalıqlarından xüsusi nümunələr götürüləcək
Türkiyənin mərhum prezidenti Turqut Özalın məzarı eksqumasiya edilib. Bu barədə jurnalistlərə İstanbul Cümhuriyyət baş prokuroru Turan Çolakkadı açıqlama verib.
AzNews.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Turan Çolakkadı Türkiyənin 8-ci prezidentinin nəşi məhkəmə tibb ekspertizasına göndərildiyini bildirib. Burada cəsədin qalıqlarından xüsusi nümunələr götürüldükdən sonra T.Özalın nəşi ailəsinə təslim ediləcək. Araşdırmaların nəticələri iki aydan tez açıqlanmayacaq.
Sevinc
AzNews.az