“Azərbaycanın bu günə düşməsinin bir səbəbkarı da Etibar bəyin özüdür” “Azərbaycanın bu günə düşməsinin bir səbəbkarı da Etibar bəyin özüdür”

Sərdar Cəlaloğlu: “Etibar Məmmədov, sən özünü nə hesab edirsən?” – QALMAQAL

“Azərbaycanın bu günə düşməsinin bir səbəbkarı da Etibar bəyin özüdür”



Müxalifət liderlərindən olan Etibar Məmmədov mətbuata açıqlamasında Azərbaycan müxalifətinin dəyişmə tələbində bulunub: "Müxalifət o demək deyil ki, hər şeyi pisləyəsən. Hər şeyi pisləməklə xalqı da dövlətdən uzaq salırsan. Bir də müxalifətin özünün də yenilənməsinə, dəyişməsinə ehtiyac var. Təkcə fiziki yox, düşüncə baxımından da yenilənməsinə ehtiyac var".

ADP sədri Sərdar Cəlaloğlu AzNews.az-a açıqlamasında E. Məmmədovun səhv düşündüyünü deyib. Onun fikrincə, cəmiyyət dəyişməsə, müxalifət də dəyişə bilməz dedi: "Əgər iqtidar 20 ildir eyni qüvvələrdən təşkil olunubsa, o necə dəyişə bilər? Gərək iqtidar, cəmiyyət, ictimai-iqtisadi münasibətlər dəyişə ki, ortada nəsə ola. 20 ildə nazir, deputat, məhkəmə, prokuror eyni adamdır, xalq da öz haqqı uğrunda mübarizə aparır. Ümumiyyətlə, bütün dünyada müxalifətin və iqtidarın dəyişməsi xalqın dəyişməsi ilə bağlıdır. Bu o deməkdir ki, 20 ildir Azərbaycanda total durğunluq var. Ona gərə də heç bir dəyişilmə yoxdur.

Əvvəlcə Etibar bəydən soruşmaq lazımdır ki, sən özünü nə hesab edirsən? Müxalifət, iqtidar, yoxsa politoloq? Bunu bilsək, ona uyğun şəkildə rəy demək olar. Yox əgər o, müxalifətdədirsə, partiya sədridirsə, dediyi sözlər onun özünə aiddir. Çünki hamısı köhnə fikirləridir. Əgər müxalifətdən çıxıbsa, siyasi ekspert işləyirsə, bu ayrı. Əslinə baxsaq uzun müddət Azərbaycanda mübarizə aparanlardan biri də o idi. Belə çıxır ki, biz necə ildir ki, siyasətdəyiksə və heç nə edə bilməmişiksə, aradan çıxan kimi müxalifəti pisləməliyəm? Guya, Etibar bəy müxalifətdə olanda nə edib?"

ADP sədrinin sözlərinə görə, bu gün Azərbaycanda baş verən hadisələrə görə bütün məsuliyyəti partiya liderləri daşıyır: "Kim ki vaxtilə prezidentliyə iddialı olub, özünü daha güclü hesab edibsə, qabaqda gedibsə, onlar daha çox məsuliyyət daşıyır. Etibar bəy də prezidentliyə iddialılardan biri olub.

Mənim onlar qədər iddiam olmayıb. Amma o elə böyük, nəhəng iddialar qoyub və onların siyasəti nəticəsində Azərbaycan bu gündədirsə, bunun da səbəbkarlarından biri Etibar bəyin özüdür. Müxalifət müxalifətliyini qoyub gedə bilməz. O zaman Azərbaycan xalqının haqqı uğrunda kim mübarizə aparacaq? Əgər hakimiyyət müxalifətin dəyişməyini istəyirsə, seçkiləri saxtalaşdırmasın, rüşvətdən deputat seçdirməsin. Belə olarsa hakimiyyət dəyişəcək və Etibar bəyin arzusu yerinə yetəcək".

Bahar Rüstəmli
AzNews.az