- Köhnə - Siyasət
- 14 Fevral 2015 12:57
- 3 188
“Bu, ABŞ-ın maraqları deyil” - Siyavuş Novruzov
“Azərbaycan bir tərəfdən ABŞ-la strateji müttəfiqlik edir, hava məkanını onun üzünə açır, anti-terror əməliyyatına qoşulur, digər tərəfdən isə 907-ci düzəlişi aradan qaldıra bilmir. Bu düzəliş ABŞ maraqlarına xidmət etmir. Amma erməni lobbisi imkan vermir ki, bu məsələlər həllini tapsın”.
AzNews.az ın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisdə "Azərbaycan-ABŞ münasibətləri: insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində" mövzusunda keçirilən dinləmələrdə səsləndirib.
Bildirib ki, Azərbaycan neft, enerji sektoru ilə əlaqədar ABŞ-ın dəstəyini hər zaman hiss edib: "Çəkilən kəmərlərə nəzər salsaq, görərik ki, onların çəkilməsində ABŞ-ın xüsusi strateji dəstəyi olub. Azərbaycanın hərbi sahədə də ABŞ-la strateji əməkdaşlığı var. Biz hər zaman ABŞ-la strateji müttəfiqliyə sadiq qalmışıq".
Millət vəkili bu yaxınlarda ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili ilə baş tutan görüşünün nəticələrindən danışıb: "Görüşdə qərara gəldik ki, məsələləri bəyanatlarla deyil, müzakirələrlə, dialoqlarla aydınlaşdırmaq lazımdır. Kimsə gedib Kozlariçdən həftədə bir dəfə müsahibə alırsa və onu "Azadlıq" qəzetində dəsr edirsə, bu, ABŞ-ın maraqları deyil. Lakin ABŞ-la Azərbaycan arasında münasibətləri qızışdırmaq istəyən dövlətlər bunu fakt kimi ortaya atır. Hesab edirəm ki, bu məsələlər bizim strateji müttəfiqliyimizə heç bir xələl gətirə bilməz".